Bank Of Baku

Lənkəranda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Lənkəranda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO
# 08 sentyabr 2025 15:31 (UTC +04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.

Lənkəran sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil 1994-cü il təvəllüdlü Sütəmurdov kənd sakini İsmət Fəzail oğlu Bəşirlinin idarə etdiyi "KİA" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış hüquqşünasdır, məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 8-də saat 15:00 radələrində Lənkəran şəhərinədə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub: "Bədənin müxtəlif dərəcəli travması diaqnozu təyin olunan yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində həkim davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR