Lənkəranda leysan xarakterli yağış başlayıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, gecə saatlarında ildırımla müşayiət olunan leysan xarakterli yağış yağır. Bununla bağlı qabaqlayıcı tədbirlər görülüb. Fəsadların baş verməməsi üçün rayonda elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda rayonda leysan xarakterli yağış davam edir.