Bank Of Baku

Lənkəranda maşın dirəyə çırpılıb, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB

Lənkəranda maşın dirəyə çırpılıb, ölən və xəsarət alan var - FOTO  - YENİLƏNİB
# 04 noyabr 2023 14:03 (UTC +04:00)

Lənkəranda yol qəzasında ölən və xəsarət alan şəxslər avtoyuma məntəqəsinin işçiləri olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri - 2000-ci il təvəllüdlü Taleh Aydın oğlu Abdullazadə və 2006-cı il təvəllüdlü İsmayıl Ümid oğlu Xansuvarlı dostlarının maşınını yumaq üçün alıblar.

T.Abdullazadə avtoyuma məntəqəsinə getməmişdən öncə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı qaz tənzimləyicisinə, elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə sərnişin qismində olan İ.Xansuvarlı hadisə yerində ölüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

11.48

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Hənifə Abdullayev küçəsində qeydə alınıb. "Hyundai Accent" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz tənzimləyiciyə, elektrik dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əraziyə FHN-nin Lənkəran Yanğından Mühafizə Hisssəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR