Bank Of Baku

Lənkəranda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

Lənkəranda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB
# 16 avqust 2023 18:44 (UTC +04:00)

Lənkəranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

DİN-nin Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ilkin araşdırma zamanı hadisənin ailə münaqişəsi zamanı baş verdiyi, Lənkəran rayon Şilavar kənd sakini Amil Əliyevin qardaşı A.Əlizadəyə kəsilmiş-deşilmiş xəsarət yetirdiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

***

16:06

Lənkəran rayon sakini bıçaqlanıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə daxil olub. Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR