Bank Of Baku

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
# 07 avqust 2026 16:55 (UTC +04:00)

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın cənub bürosuna verilən xəbərə görə, Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR