Bank Of Baku

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO
# 25 oktyabr 2024 12:44 (UTC +04:00)

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Şıxakəran kənd sakini 1990-cı il təvəllüdlü Asif Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə Lənkəran rayonunun Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Fətəli Ömərovun idarə etdiyi etdiyi "QAZ-3110" markalı minik avtomobili toqquşub. Qəzada hər iki sürücü və "QAZ-3110" markalı avtomobildə sərnişin qismində olan Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Şölə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 25-də səhər saatlarında Lənkəran rayonu Bürcəli kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin tibbi yardım göstərilən yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində, digər xəsarət alanın müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR