Bank Of Baku

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb - FOTO
# 05 iyul 2023 12:55 (UTC +04:00)

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1959-cu il təvəllüdlü Mirqiyas Talışxanovun idarə etdiyi "VAZ-2104" markalı minik maşını, Lənkəran şəhər sakini 1945-ci il təvəllüdlü Tələt Rəhimovun idarə etdiyi "QAZ-2124" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "QAZ-2124"-ün sürücüsü və "VAZ-2104" markalı maşında olan sərnişin, Lənkəran rayonunun Girdəni kənd sakini 1959-cu il təvəllüdlü Seyran Nəzərov xəsarət alıblar. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta ağır qiymətləndirilir.

Qəza zamanı hər iki minik maşını deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR