Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Piran-Hamarat yolunda, Lerik rayonunun Qışlaq kəndi ərazisində baş verib.
Lerik rayon sakini 1965-ci il təvəllüdlü Mehman Ağamməd oğlu Höccətov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib.
Nəqliyyat vasitəsi dərəyə aşıb, sürücü yarı yolda avtomobildən çölə düşüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Höccətov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.