Bank Of Baku

Lerikdə itkin kimi axtarılan 35 yaşlı kişinin meyiti dərədə tapılıb - YENİLƏNİB - FOTO

Lerikdə itkin kimi axtarılan 35 yaşlı kişinin meyiti dərədə tapılıb - YENİLƏNİB  - FOTO
# 03 iyun 2025 13:43 (UTC +04:00)

Lerikdə itkin kimi axtarılan 35 yaşlı şəxsin meyiti tapılıb.

APA-nın xəbərinə görə, meyit Burzubənd deyilən ərazidə, dərədə, çay kənarında tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

***

11.02

Lerikdə 35 yaşlı şəxs itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifov 3 gündür axtarılır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib.

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR