Bank Of Baku

Lökbatanda qohumlar arasında silahlı insident olub, güllələnən var

Lökbatanda qohumlar arasında silahlı insident olub, güllələnən var
# 24 may 2023 18:34 (UTC +04:00)

Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Ə. Orucov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR