Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, bu istiqamətdə Masalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun sakinləri M.Məmmədov, G.Adiyev, F.Orucov və Ş.Şirməmmədovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokollar tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.
Masallı sakinlərində qanunsuz odlu silahlar aşkarlanıb
© APA | Masallıda aşkarlanan silahlar
19 dekabr 2021 09:36 (UTC +04:00)
Hadisə
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - YENİLƏNİB
16:42
2 may 2024
Bakıda 5 Şri-Lanka vətəndaşından hədə-qorxu ilə pul tələb olunub, Hindistan vətəndaşı tutulub - VİDEO
15:40
2 may 2024
Ucarda yük maşını yanıb - FOTO
13:51
2 may 2024
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib
11:51
2 may 2024