Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı şəhəri Digah yaşayış massivində qeydə alınıb.
2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.