Bank Of Baku

Masallıda avtomobil aşıb, bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Masallıda avtomobil aşıb, bir nəfər ölüb, üç nəfər xəsarət alıb
# 02 dekabr 2025 09:16 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən qəza baş verib.

APA xəbər verir ki, hadisə rayonun Həsənli kəndində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi “Nussan Sunny” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarə etməni ititrib və maşın aşıb.

Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

TƏBİB-dən APA-nın cənub bürosuna verilən məlumata görə, dekabrın 1-də saat 13:10 radələrində Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın) Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Onlardan 2 nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin səylərinə baxmayaraq saat 14:40 radələrində 1961-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR