Bank Of Baku

Masallıda "Ford" "KamAz"a çırpılıb, iki nəfər xəsarət alıb - FOTO

Masallıda "Ford" "KamAz"a çırpılıb, iki nəfər xəsarət alıb - FOTO
# 10 noyabr 2023 15:06 (UTC +04:00)

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Fuad Həsrətovun idarə etdiyi "Ford" markalı yük maşını idarəetməni itirərək mişar daşı ilə dolu olan "KamAZ" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü və sərnişin Samir adlı şəxs ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR