Bank Of Baku

Masallıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB

Masallıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB
# 26 oktyabr 2022 11:02 (UTC +04:00)

Masallıda itkin düşən 11-ci sinif şagirdi tapılıb.

Bu barədə APA-nın cənub bürosuna DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib. Xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədovanın bir gündən sonra yeri müəyyən olunub və o, tapılaraq ailəsinə təhvil verilib.

***

09.17

Masallıda məktəbli itkin düşüb.

APA xəbər verir ki, oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.

Araşdırma aparılır.

İlkin Rzayev

Səlcuq Elçin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR