Masallıda baş verən yol qəzasında ana və azyaşlı oğlu ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəzada ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur.
Qəza nəticəsində xəsarət alanların "KİA"nın sürücüsü, 1990-cı il təvəllüdlü Şəhriyar Tahir oğlu Fərəcov, onun övladları - 2014-cü il təvəllüdlü Məryəm Şəhriyar qızı Fərəczadə, 2012-ci il təvəllüdlü Ruhiyyə Şəhriyar qızı Fərəczadə və 2016-cı il təvəllüdlü Əsnad Şəhriyar oğlu Fərəczadə olduğu bildirilir.
***
09:30
Səhər saatlarında Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Kamaz" və "Kia" markalı maşınların toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəza nəticəsində ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.
***
09:24
Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.