Bank Of Baku

Masazırda yaşayış binasında yanğın olub, 10 sakin təxliyə edilib

Masazırda yaşayış binasında yanğın olub, 10 sakin təxliyə edilib
# 24 avqust 2023 17:36 (UTC +04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb.

FHN-dən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR