Maştağada avtomobil yol kənarındakı maşınlara çırpılıb, xəsarət alanlar var - VİDEO

Maştağada avtomobil yol kənarındakı maşınlara çırpılıb, xəsarət alanlar var - VİDEO
# 18 iyun 2024 12:50 (UTC +04:00)

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. BMW markalı avtomobil idarəetməni itirirək bir neçə avtomobillə toqquşub.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1994-cü il təvəllüdlü Məmmədşah Zeynalovun idarə etdiyi BMW marikalı avtomobil idarəetməni itirirək yolun kənarında dayanan "Mercedes", "Chevrolet" və "VAZ" markalı avtomobillərə çırpılıb.

Nəticədə ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR