Bank Of Baku

Maştağada quldurluq edən şəxs saxlanılıb

Maştağada quldurluq edən şəxs saxlanılıb
# 17 iyun 2023 12:42 (UTC +04:00)

İyunun 15-də gecə saatlarında Maştağa qəsəbəsi ərazisində bir nəfərin bıçaqla hədələnərək döyülməsi, mobil telefonunun, içərisində 1500 manat pul və sənəd olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR