Bank Of Baku

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxlayıb

Bəxtiyar Hacıyev

© APA | Bəxtiyar Hacıyev

# 23 dekabr 2022 11:36 (UTC +04:00)

Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması illə bağlı qərardan verilmiş şikayətə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə şikayəti əsassız hesab edərək təmin etməyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR