Bank Of Baku

Məhkumlara yemək bişirmək kursları keçirilir

Məhkumlara yemək bişirmək kursları keçirilir
# 20 noyabr 2023 12:43 (UTC +04:00)

Məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənir. Bu istiqamətdə biz pilot layihə həyata keçiririk.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov deyib.

O bildirib ki, layihə turizm şirkətinin Kulinariya Mərkəzi ilə birgə həyata keçirilir:

"Kulinariya Mərkəzinin peşəkar aşpazları tərəfindən məhkumlara kurslar keçirilir. Onlara keyfiyyətli yemək bişirmək öyrədilib. Yeməyin bişirilməsində də birbaşa aşpazların özləri də iştirak ediblər. Bu da qida təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək bir layihədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR