Bank Of Baku

Metronun "Elmlər Akademiyası" stansiyasında qatarda nasazlıq qeydə alınıb

Metronun "Elmlər Akademiyası" stansiyasında qatarda nasazlıq qeydə alınıb
# 23 sentyabr 2024 08:19 (UTC +04:00)

Bakı metrosunda "Dərnəgül"-"Həzi aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub.

Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, bu səbəbdən maşinist qapıya baxış keçirib. Metropolitenin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb.

Bunun əvəzinə xəttə ehtiyat qatar verilib. Nəticədə xətdə iki qatar arasında intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR