Bank Of Baku

Mingəçevirdə 21 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb

Mingəçevirdə 21 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb
# 20 avqust 2024 06:10 (UTC +04:00)

Avqustun 20 -də 05 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 2003-cü il təvəllüdlü oğlu Çıraqov Rəşad Xalid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Mingəçevir şəhər prokurorluğundan bildirilib ki, avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR