Bank Of Baku

Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO

Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO
# 19 avqust 2024 15:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Kərimov Raqif Nofəl oğlu dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR