Bank Of Baku

Mingəçevirdə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Mingəçevirdə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
# 23 oktyabr 2025 12:50 (UTC +04:00)

Ötən gün Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, FHN əməkdaşları tərəfindən tapılan meyit təhvil verilib.

FHN-in məlumatında bildirilib ki, oktyabrın 22-də Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

22 oktyabr, 19.01

Mingəçevir sakini kanalda boğulub.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, Mingəçevir şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.

Onun ehtiyyatsızlıqdan suya düşdüyü ehtimal olunur.

B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR