Bank Of Baku

Mingəçevirdə mikroavtobus və minik avtomobili toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Mingəçevirdə mikroavtobus və minik avtomobili toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
# 03 noyabr 2024 17:35 (UTC +04:00)

Mingəçevirdəki qəzada xəsarət alan azyaşlı ölüb.
APA xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Adəm Həbliyevi xilas etmək mümkün olmayıb.

***

saat 09.36

Noyabrın 3-ü saat 01 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

APA-nın xəbərinə görə, nəticədə "Mercedes"-in sürücüsü Elgiz İsmayılov, sərnişinləri- 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev, eləcə də sonuncunun azyaşlı oğlu xəsarət alıb və arvadı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində
cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR