Mingəçevirdə ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.
1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə şəraiti araşdırılır.