Bank Of Baku

Narkotik dövriyyəsində ittiham olunan şəxs bəraət alıb

Narkotik dövriyyəsində ittiham olunan şəxs bəraət alıb
# 13 iyun 2023 18:19 (UTC +04:00)

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Məhərrəm Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Məhərrəm Məmmədovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Məhərrəm Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR