Bank Of Baku

Naxçıvan hava limanında sərnişinlərdən oğurluq edən şəxslər saxlanılıb

Naxçıvan hava limanında sərnişinlərdən oğurluq edən şəxslər saxlanılıb
# 28 avqust 2025 10:18 (UTC +04:00)

Naxçıvan hava limanında oğurluq edən şəxslər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR