Bank Of Baku

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
# 29 iyun 2026 20:02 (UTC +04:00)

Xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə öncə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra tərəflərin vəsatətləri dinlənilib.

Məhkəmənin baxış iclası iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR