Bank Of Baku

Naxçıvanda 17 yaşlı qızı öldürən şəxs həbs olunub

Naxçıvanda 17 yaşlı qızı öldürən şəxs həbs olunub
# 22 iyun 2023 10:39 (UTC +04:00)

Naxçıvanda 17 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən Sərvin Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli rayon Məhkəməsi 1999-cu il təvəllüdlü Sərvin Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, iyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR