Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, motoskilet sürücüsü xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. 75-BM-902 dövlət nömrə nişanlı "Saipa" markalı avtomobil motosikletlə toqquşub.
Hadisə nəticəsində motoskiletin sürücüsü Naxçıvan şəhər sakini, 2005-ci il təvəllüdlü Paşalı Tural Yalçın oğlu xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.