Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şərur rayon Çərçiboğan kənd sakini Namazov Nail Elşən oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.