Bank Of Baku

Naxçıvanda baş vermiş yol qəzasında ölənlərin sayı səkkizə çatıb

Naxçıvanda baş vermiş yol qəzasında ölənlərin sayı səkkizə çatıb
# 27 iyun 2023 21:05 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 6 nəfərdən ikisi bu gün dünyasını dəyişib.

Belə ki, reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev və 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov vəfat edib.

Qeyd edək ki, faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR