Bank Of Baku

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib, bir nəfər xəsarət alıb

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib, bir nəfər xəsarət alıb
# 31 avqust 2023 00:21 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Tağıyev Süsaməddin Zakir Əliyevin boğaz nahiyəsinə bıçaq xəsarəti yetirib.

Hadisə nəticəsində boğazından yaralanan Zakir Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

O, bir neçə saat davam edən əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Xəstəxanadan bildirilib ki, zərərçəkənin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR