Bank Of Baku

Naxçıvanda işə düzəltmək adı altında 50 min manat ələ keçirilib

Naxçıvanda işə düzəltmək adı altında 50 min manat ələ keçirilib
# 26 noyabr 2025 10:14 (UTC +04:00)

Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib.

APA-nın yerli bürosu DİN-ə istinadən xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı Naxçıvan ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd olunub ki, E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR