Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" toqquşub.
Qəza nəticəsində Şərur rayonunun Dərəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Məmmədov Bərzani Məmmədəli oğlu və 2000-ci il təvəllüdlü Məmmədova Mirvari xəsarət alıb.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.