Bank Of Baku

Naxçıvanda qəza olub, ana və övladı xəsarət alıb - FOTO

Naxçıvanda qəza olub, ana və övladı xəsarət alıb - FOTO
# 12 oktyabr 2025 17:53 (UTC +04:00)

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Afiyəddin Cəlilov və Mustafa Kamal Atatürk küçələrinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı “77 AL 903” dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobillə “75 TA 427” dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobillər toqquşub.

Qəzada 2 nəfər (ana və övladı) xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR