Bank Of Baku

Naxçıvanda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1

Naxçıvanda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1
# 26 iyun 2023 13:42 (UTC +04:00)

Naxçıvanın Kəngərli rayonunda baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, onların 4-ü reanimasiyada, 2-i isə travmatalogiya şöbəsindədir.

Qəzada xəsarət alanlar aşağıdakılardır:

1993-cü il təvəllüdlü Əliyev Cəlil Musa oğlu, 1994-cü il təvəllüdlü Sultanova Elmira Əlirza qızı, 2003-cü il təvəllüdlü Cəfərova Zəhra Fərman qızı, 2013-cü il təvəllüdlü Sultanlı Fəridə Fariz qızı, 2014-cü il təvəllüdlü Sultanlı Səlim Fariz oğlu və 2018-ci il təvəllüdlü Sultanov Xanlar Toğrul oğlu.

***

10:55

Naxçıvanın Kəngərli rayonunda baş verən qəza zamanı ölən 6 nəfərdən 5-nin kimliyi məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, ölən şəxslər aşağıdakılardır:

1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.

***

10:48

Naxçıvanın Kəngərli rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.

APA-nın Naxçıvan bürosunun xəbərinə görə, qəza zamanı ölənlərin sayı 6-ya çatıb. Xəsarət alan 4 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, gecə saatlarında Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib. Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı avtomobil toqquşub. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanlari və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR