Bank Of Baku

Naxçıvanda yol qəzasında ata-oğul və daha 2 nəfər xəsarət alıb - FOTO

Naxçıvanda yol qəzasında ata-oğul və daha 2 nəfər xəsarət alıb - FOTO
# 31 iyul 2025 11:42 (UTC +04:00)

Naxçıvanda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində baş verib. "Maple" markalı avtomobillə "Mitsubishi" markalı avtomobil toqquşub.

Qəza zamanı Babək rayonu Didivar kəndində sakinləri - 1973-cü il təvəllüdlü Ziyafət Məmmədov və onun oğlu, 1998-ci il təvəllüdlü Əsgər Məmmədov, həmçinin Sara Paşayeva, və Faiq Paşayev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR