Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
APA FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
08.45
Neftçala sakini evində yanaraq dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bankə qəsəbə sakini, 1960-cı il təvəllüdlü Xanməmmədov Məhəmməd Böyükağa oğlunun yanmış meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.