Bank Of Baku

Neftçalada avtomobil motosikletlə toqquşub, ölənlər var

Neftçalada avtomobil motosikletlə toqquşub, ölənlər var
# 16 iyun 2023 21:42 (UTC +04:00)

Neftçalada iki nəfərin ölümü, bir nəfərin xəsarət alınması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad avtombil yolunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində Neftçala rayon sakinləri, 1968-ci il təvllüdlü Hüseynov Tofiq İsgəndər oğlu və 1979-cu il təvəllüdlü Zeynalov Elnur İsa oğlu hadisə yerində ölüb.

Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Balaşov Bayram İntiqam oğlu isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR