Bank Of Baku

Neftçalada qatar yük maşınını vurub, ölən var - YENİLƏNİB

Neftçalada qatar yük maşınını vurub, ölən var - YENİLƏNİB
# 23 iyun 2023 18:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində sürücünün avtomobilin altında qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

13.43

Neftçalada qatar yük avtomobili ilə toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib. Tənzimlənməyən dəmir yolunda qatar "Shagman" markalı avtomobili vurub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR