Bank Of Baku

Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var - FOTO
# 14 yanvar 2023 19:55 (UTC +04:00)

Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Oğuz-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Aslan Umarovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü A. Umarov və bir nəfər sərnişin xəsarət alıb. A. Umarovun vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sərnişinin vəziyyəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR