Oğuzda motosiklet aşıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yemişənli kəndində baş verib. Kənd sakini 60 yaşlı Sakit Niyazi oğlu Məmmədxanovun idarə etdiyi motosiklet aşıb. Xəsarət alan S. Məmmədxanov Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.