Bank Of Baku

Oğuzda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb - VİDEO - YENİLƏNİB

Oğuzda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb - VİDEO  - YENİLƏNİB
# 25 avqust 2023 20:55 (UTC +04:00)

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki,bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub. Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

***

Saat 17:37

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə 16:30-da Oğuz-Sincam-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2107” və “Opel” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Dəymədağlı kənd sakini, 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər, rayonun Sincan kənd sakinləri, 1990-cı il təvəllüdlü İntiqam İnqilab oğlu Nəbiyev, onun atası 1964-cü il təvəllüdlü İnqilab Nəbi oğlu Nəbiyev və 1957-ci il təvəllüdlü Şaid Əli oğlu Mikayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR