Ötən gün 2 COVID xəstəsi ictimai yerdə saxlanılıb  

Ötən gün 2 COVID xəstəsi ictimai yerdə saxlanılıb  
# 28 dekabr 2021 10:10 (UTC +04:00)

Dekabrın 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DIN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR