Bank Of Baku

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
# 05 oktyabr 2024 09:46 (UTC +04:00)

Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR