Bank Of Baku

Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan

© APA | Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan

# 14 mart 2026 15:04 (UTC +04:00)

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub: “Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR