Bank Of Baku

Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılanlar ərazidən aparılıb - VİDEO - FOTO

Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılanlar ərazidən aparılıb - VİDEO  - FOTO
# 30 iyun 2025 17:16 (UTC +04:00)

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar xüsusi avtomobillərlə ərazidən aparılıb.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir.

Əməliyyat zamanı iki nəfər saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirib.

Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə qərar bu ilin fevral ayında qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR